Sümüklər üçün qara çay
26 fevral 2015 04:10 (UTC +04:00)

Sümüklər üçün qara çay

Yapon alimlərin verdikləri açıqlamalara görə, qara çayın içərisindəki maddələr xüsusi ilə insan yaşlaşdıqca sümük əriməsinin qarşısını alır.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, “Osteoporoz” adı verilən xəstəlik müəyyən yaşdan sonra sümüklərin əriməsinə səbəb olur. Osaka Universitetində aparılan araşdırmalar nəticəsində məlum olub ki, qara çayın içərisində olan theaflavin-3 adlı maddə sümüklərə zərər verən metiltranferas adlı maddəni məhv edir. Beləliklə, sümüklər insan yaşlaşdıqca da  güclü qalır. Yapon alimlərin sözlərinə görə, dəyişikliyin hiss edilməsi üçün çəkisi 60 kiloqram olan bir şəxsin 3 gün ərzində 60 stəkan çay içməsi vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 204
avatar

Oxşar yazılar