Son buraxılış imtahanında XI sinif şagirdlərinin 7 faizi “2” alıb
05 iyun 2013 13:22 (UTC +04:00)

Son buraxılış imtahanında XI sinif şagirdlərinin 7 faizi “2” alıb

İyunun 2-də keçirilən buraxılış imtahanlarında XI siniflər üzrə “2” qiymət alan şagirdlərin sayı açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadənin Lent.az-a verdiyi xəbərə görə, imtahanda iştirak edən şagirdlərin təminən 7 faizi “2” qiyməti alıb. İmtahana dair statistik göstəricilər tam şəkildə yaxın günlərdə açıqlanacaq.

 

TQDK-nın bu il müəyyən etdiyi qaydaya uyğun olaraq imtahanda Ana dili və Riyaziyyat fənləri üzrə 0-7 suala cavab verənlər “2”, Ana dili üzrə 8-17, Riyaziyyat üzrə 8-16 suala cavab verənlər “3”, Ana dili üzrə 18-25, Riyaziyyat üzrə 17-24 suala cavab verənlər “4”, Ana dili üzrə 26-30, Riyaziyyat üzrə 25-30 suala cavab verənlər “5” qiyməti alır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1433
avatar

Oxşar yazılar