Bu il Qarabağ müharibəsində itkin düşən 57 şəxsin  kimliyi müəyyən edilib
01 sentyabr 2026 14:29 (UTC +04:00)

Bu il Qarabağ müharibəsində itkin düşən 57 şəxsin kimliyi müəyyən edilib

0

2026-cı ilin yanvar-avqust aylarında ümumilikdə 79 insan qalığı aşkar edilərək ekshumasiya olunub.

Lent.az xəbər verir ki, bu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı icmal məlumatda əksini tapıb.

Qeyd edilib ki, bu ilin yanvar – avqust aylarında 57 itkin düşmüş şəxsin kimliyi müəyyən edilib, 64 nəfərin qalıqları isə ailələrinə təhvil verilərək dəfn olunub.

Hazırda 3 682 nəfər hələ də itkin düşmüş hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 72

Oxşar yazılar