Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 28 Aprel
28 aprel 2015 20:14 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 28 Aprel

0

GÜNÜN ŞƏRHİ
 
Qərblə Rusiyanın çəkişməsində balansı təmin edən Çindir. ABŞ bazarında ildən-ilə möhkəmlənən Çin, Rusiya ilə enerji sahəsində əməkdaşlığı sürətlə inkişaf etdirir. Buna rəğmən tabloda Pekin siyasi, iqtisadi, lap elə coğrafi amillərə görə Vaşinqtona nisbətən Moskvaya daha yaxın görünür. Asiya İnfrastruktur İnvestisiyaları Bankı yaratmaq, bununla Asiya-Sakit Okean regionunda maliyyə əməkdaşlığını stimullaşdırmaq təşəbbüsü qlobal arenada Çinin xüsusi çəkisini artırıb. Bu amil paralel olaraq Rusiyanın Qərbə qarşı müqavimət gücünü artmış olur. Vaşinqton bu səbəbdən balansı təmin etmək, hətta öz lehinə dəyişmək üçün Çini öz tərəfinə çəkməlidir. ABŞ-ın Asiyada bir nömrəli tərəfdaşı olan Səudiyyə Ərəbistanının Çinlə əməkdaşlığı genişləndirmək cəhdinə bu prizmadan yanaşmaq lazımdır. Səudiyyənin xarici ticarət tərəfdaşları sırasında Çinin qısa müddətdə ABŞ-ı qabaqlaması Vaşinqtonun marağına uyğundur. ABŞ bundan yalnız qazanır, çünki Çin iqtisadiyyatının enerjiyə olan tələbatını tam şəkildə Səudiyyə ödəyərsə, Rusiyanın Pekinlə həyata keçirmək istədiyi enerji layihələrinin əhəmiyyəti azala bilər. Əgər, yaxın zamanlarda Səudiyyə neftinin Çin ərazisinə daha asan yolla daşınmasını təmin edəcək yeni layihələr müzakirəyə çıxarılsa, təəccüblənməyə dəyməz. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 301

Oxşar yazılar