ASAN xidmət könüllülərinə sertifikat təqdim edildi
20 aprel 2015 13:16 (UTC +04:00)

ASAN xidmət könüllülərinə sertifikat təqdim edildi

Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən “ASAN Könüllüləri Gənclər Təşkilatı” ictimai birliyi üzvlərinə sertifikatların təqdimat mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, mərasimdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov, Prezident Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, “Asan Xidmət Mərkəzi” İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev və “ASAN Könüllüləri Gənclər Təşkilatı” ictimai birliyinin bir qrup üzvü, eləcə də Binəqədi RİH-də təcrübə keçən ASAN könüllüləri iştirak edib. Tədbir iştirakçıları mərhum prezident Heydər Əliyevin Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasındakı abidəsinin önünə gül dəstələri qoyublar.

 

Tədbiri açıq elan edən moderator Aytac Seyidəliyeva iştirakçılara ASAN könüllülərinin fəaliyyəti barədə məlumat verib. Daha sonra Prezident Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev ASAN xidmət barədə məlumat verərək bu xidmətin yaradılması ilə məmur-vətəndaş münasibətlərinə böyük töhfə verildiyini diqqətə çatdırıb.

 

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında Azərbaycanın çox sahələr üzrə böyük uğurlara imza atmasına diqqət çəkərək, bunun təkcə ölkəmizdə deyil, həm də beynəlxalq aləmdə Azərbaycana müsbət imic qazandırdığını qeyd edib.

 

Sonda ASAN könüllülərə sertifikatların təqdim olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1769
avatar

Oxşar yazılar