Müdafiə naziri Səfər Əbiyev ABŞ Silahlı Qüvvələrinin nümayəndələrini qəbul edib. Bu barədə Lent.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Belə ki, S. Əbiyev ABŞ Silahlı Qüvvələrinin Azərbaycandakı sabiq hərbi attaşesi polkovnik Daniel Qrillon və həmin ölkənin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi polkovnik Kristofer Monahanla görüşüb.
Görüşdə ABŞ-Azərbaycan hərbi əməkdaşlığının prioritetləri ilə əlaqədar fikir mübadiləsi aparıb. Müdafiə naziri hər iki qonağa gələcək fəaliyyətlərində uğurlar arzulayıb.