Gəncədə yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər xəsarət alıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan VAZ-21014 və BYD markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.