Kanadadakı radioteleskop milyardlarla il əvvələ aid hidrogen siqnalını müəyyən etməyə imkan verən yeni müşahidə üsulunun işlədiyini göstərib.
Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” məlumat yayıb.
CHIME radioteleskopu kainatın uzaq keçmişindən gələn zəif hidrogen şüalanmasını öz müşahidələri əsasında ayırd edə bilib.
Alimlər bu üsulun kainatın genişlənməsini və qaranlıq enerjinin təsirini daha dəqiq öyrənmək üçün yeni imkanlar yaradacağını düşünürlər.