Laçın sakini Ağcabədidə gölməçədə boğulub öldü
09 oktyabr 2026 22:40 (UTC +04:00)

Laçın sakini Ağcabədidə gölməçədə boğulub öldü

0

Ağcabədidə balıq tutmağa gedən Laçın sakini gölməçədə boğularaq həyatını itirib.

Lent.az APA-ya xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən Axmaz gölməçəsində baş verib.

Belə ki, Laçın rayonunun Fingə kənd sakini, hazırda Fingə obasında yaşayan 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub.

Onun meyiti ərazidən keçən sakinlər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar