Xərçənglə mübarizə  aparan hüceyrələri birbaşa bədənin içində yaratdılar
10 oktyabr 2026 02:25 (UTC +04:00)

Xərçənglə mübarizə aparan hüceyrələri birbaşa bədənin içində yaratdılar

0

 

ABŞ alimləri immun hüceyrələrini bədəndən çıxarmadan onları xərçənglə mübarizə aparan CAR-T hüceyrələrinə çevirməyin eksperimental üsulunu hazırlayıblar.

Lent.az xəbər verir ki, bu barədə ScienceDaily Kaliforniya Universitetinin San-Fransisko kampusuna istinadən məlumat yayıb.

Yeni metod CRISPR gen redaktəsi vasitəsilə T-hüceyrələrinin genetik proqramını birbaşa orqanizmin daxilində dəyişdirməyi nəzərdə tutur.

Hazırkı CAR-T müalicəsində xəstənin hüceyrələrinin götürülməsi, laboratoriyada dəyişdirilməsi və yenidən orqanizmə qaytarılması tələb olunur. Yeni yanaşma gələcəkdə prosesi sürətləndirə və ucuzlaşdıra bilər, lakin metod hələ eksperimental mərhələdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar