Ay əslində  kimə məxsusdur?   Qanunlar  nə deyir,   reallıq  necədir?
09 oktyabr 2026 16:03 (UTC +04:00)

Ay əslində kimə məxsusdur? Qanunlar nə deyir, reallıq necədir?

0

Dünyada Ayın tədqiqi və onun resurslarından istifadə üçün kifayət qədər maliyyə imkanlarına və texnologiyalara malik olan cəmi bir neçə ölkə var.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 1967-ci ildə kosmik sahədə aparıcı dövlətlər Kosmos haqqında müqavilə imzalayıblar. Sonradan 100-dən çox ölkənin qoşulduğu bu sənədə əsasən, Ay heç bir dövlətə məxsus deyil. Lakin hazırda bu suala birmənalı cavab vermək getdikcə çətinləşir.

Şirkətlər və dövlətlər illərdir Ayda öz bazalarını, məlumat emalı mərkəzlərini tikmək, hətta bütün ağır sənayeni Yerin təbii peykinə köçürmək imkanlarını müzakirə edirlər.

ABŞ Ayın cənub qütbü yaxınlığında yerləşən helium və digər təbii ehtiyatlarla maraqlanır. Çin isə Rusiya ilə əməkdaşlıq çərçivəsində həmin ərazidə öz bazasını qurmaq istəyir.

1960-cı illərdə imzalanan Kosmos haqqında müqaviləyə əsasən, dövlətlər kosmik məkanı istifadə və ya işğal yolu ilə öz mülkiyyətlərinə çevirə bilməzlər.

Bundan başqa, kosmosun tədqiqi və mənimsənilməsi bütün ölkələrin maraqlarına xidmət etməlidir. Sənəd kosmosda nüvə silahlarının yerləşdirilməsini də qadağan edir.

1970-ci illərdə Ay haqqında müqavilə hazırlanıb. Həmin sənəddə Ayın təbii ehtiyatları bəşəriyyətin ümumi irsi elan edilib. Müqaviləyə 17 ölkə qoşulub. Lakin ABŞ, Sovet İttifaqı və Çin bu sənədə qoşulmayıb.

Bununla yanaşı, kosmik hüquq sahəsində belə bir yanaşma getdikcə daha çox yayılır: dövlətlər Ayın özünə sahib ola bilməsələr də, oradan çıxardıqları faydalı qazıntılara mülkiyyət hüququ əldə edə bilərlər.

Eyni zamanda bəzi ölkələrin kosmosun tədqiqi və resurslarından istifadə ilə bağlı öz milli qanunları da mövcuddur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 243

Oxşar yazılar