Beyləqanda məktəblilər  dərsdə   yemək bişirib  ZƏHƏRLƏNDİLƏR
09 oktyabr 2026 14:49 (UTC +04:00)

Beyləqanda məktəblilər dərsdə yemək bişirib ZƏHƏRLƏNDİLƏR

0

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb. 

AQTA-dan Lent.az-a bildirilib ki, ilkin araşdırmaya əsasən, hadisə şagirdlərin “Texnologiya” dərsi zamanı özləri hazırladıqları qidanı istehlak etdikdən sonra baş verib. Şagirdlərə müvafiq tibb müəssisəsində yardım göstərilir. 

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Beyləqan rayonunda zəhərlənmə şübhəsi ilə 14 nəfər (7 qadın cinsli, 7 kişi cinsli) 9 oktyabr tarixində saat 12:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

"Onlara ilkin tibbi xidmət göstərilib. Hazırda müaliələri tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir", məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 446

Oxşar yazılar