Bakı Nəqliyyat Agentliyinə yeni təyinat olub
19 fevral 2016 10:36 (UTC +04:00)

Bakı Nəqliyyat Agentliyinə yeni təyinat olub

0

Prezident İlham Əliyevin 2015-ci ilin dekabrın 21-dəki fərmanı ilə yeni yaradılan, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyinatı olub. Lent.az milli.az-a istinadən xəbər verir ki, agentliyin baş direktoru Vüsal Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə Şəfa Mehman qızı Cəbiyeva (Şəfa Mehmanqızı) təyin edilib.

 

Qeyd edək ki, Şəfa Mehmanqızı 3 il yarımdan çox müddətdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimaiyyətlə əlaqələr şöbəsində mütəxəssis, daha sonra şöbənin rəhbəri kimi çalışıb. Bu il yanvarın 25-də isə öz ərizəsi ilə işdən azad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 394

Oxşar yazılar