Böyük müharibə  başlayacaq   - Mərkəzi Kəşfiyyat İdarəsi keçmiş direktorunun  PROQNOZU
29 noyabr 2026 17:01 (UTC +04:00)

Böyük müharibə başlayacaq - Mərkəzi Kəşfiyyat İdarəsi keçmiş direktorunun PROQNOZU

0

Mayk Pompeo hesab edir ki, İranın Amerika blokadasını pozmaq cəhdi İsrail və Fars körfəzi dövlətlərinin iştirakı ilə hərbi eskalasiyaya səbəb olacaq.

ABŞ-ın keçmiş dövlət katibi və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo proqnozlaşdırır ki, Amerikanın İrana qarşı blokadası İsrailin iştirakı ilə genişmiqyaslı hərbi eskalasiyaya səbəb ola bilər. O hesab edir ki, Tehran bir anda blokadanı pozmağa cəhd edəcək və bu da yeni hücumlar mərhələsinə səbəb olacaq.

Lent.az-ın xəbərinə görə, Times Radio stansiyasındakı "General və jurnalist" podkastına verdiyi müsahibədə Pompeo blokadanın o qədər təsirli olduğunu, İran rejiminin onu aradan qaldırmağa çalışmaq məcburiyyətində qalacağını söyləybi. 

"Bu baş verdikdə, təkcə ABŞ deyil, həm də İsrail və Körfəz ölkələri blokadanın pozulmasına icazə verməyəcəyimiz qənaətinə gələcəklər", - o deyib. 

מייק פומפאו

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru hesab edir ki, uranın zənginləşdirilməsinin dayandırılması münaqişəyə son qoymaq üçün kifayət deyil. O, İranın sənaye infrastrukturuna, raket və pilotsuz təyyarə sistemlərinə və ölkə liderlərinin növbəti nəslinə qarşı zərbələr endirilməsinə çağırıb. O, sanksiyaların ləğvinin rejimin mövcudluğunu onilliklər uzadacağını, təzyiqin davam etdirilməsinin isə bir neçə il və ya hətta aylar ərzində onun süqutuna səbəb ola biləcəyini təxmin edir.

Pompeo Donald Trampı İsrail ilə münasibətləri gücləndirməyə və Ukrayna və Fars körfəzi ölkələrini dəstəkləməyə davam etməyə də çağırıb.

O, həmçinin Trampın Rusiya lideri Vladimir Putin və Si Cinpinlə Şençjendə görüşünü tənqid edib. Pompeonun sözlərinə görə, iştirakçılar Çinin Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstəyini və ya rejiminin amerikalıları öldürdüyü İrana yardımını müzakirə edə bilməyiblər. O, Trampın, sələfinin və Avropa liderlərinin Qərbin düşmənlərinə qarşı çəkindirməni bərpa edə bilmədiklərini etiraf edib.

Pompeo 2028-ci il prezident seçkilərində iştirakını istisna etməyib. O, həmçinin Çin Kommunist Partiyasını Qərb üçün əsas təhlükə adlandırıb və Tayvanın müstəqilliyinin rəsmi olaraq tanınmasına çağırıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 140

Oxşar yazılar