Aprelin 29-da Bakı və Abşeron yarımadasında hava">hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, gecə və axşam bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi əsəcək, gündüz mülayim-cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 15-20 dərəcə, bəzi yerlərdə 22 dərəcəyədək isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 19-24, bəzi yerlərdə 26, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 12-17 dərəcə, bəzi yerlərdə 20 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, yaxın 2 gün ərzində Abşeron yarımadasında əlverişli hava şəraiti gözlənilir.