"Azərbaycan dili" imtahanından 1242 nəfər "qeyri məqbul" alıb
27 aprel 2015 15:30 (UTC +04:00)

"Azərbaycan dili" imtahanından 1242 nəfər "qeyri məqbul" alıb

 

 

Rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənnindən keçirilmiş imtahanın nəticələri elan olunub.

 

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nəticələrlə iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış olmaq olar.

 

 

İmtahanda iştirakı nəzərdə tutulan 8426 abituriyentdən 551 nəfəri imtahana gəlməyib, imtahan qaydalarına zidd hərəkətlərə yol verdiyi üçün 2 abituriyentin imtahan nəticələri ləğv edilib. 


İmtahanda iştirak edən 7873 abituriyentdən 6631 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb. 

  
Bu imtahanda “qeyri-məqbul” qiymət alanlar, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər 2015-ci il iyulun 7-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 185
avatar

Oxşar yazılar