Qubad İbadoğlu daha bir beynəlxalq təşkilata üzv seçilib
18 fevral 2016 12:47 (UTC +04:00)

Qubad İbadoğlu daha bir beynəlxalq təşkilata üzv seçilib

0

 

Qubad İbadoğlu növbəti dəfə mərkəzi qərargahı Oslo şəhərində yerləşən "Mədən sənayesində şəffaflıq təşəbbüsü" təşkilatının (MSŞT) beynəlxalq idarə heyətinə tam hüquqlu üzv seçilib. Lent.az-ın məlumatına görə, bu barədə Q. İbadoğlu öz feysbuk hesabında yazıb.

 

Fəaliyyət müddəti 2016- 2019-cu illəri əhatə edəcək və bu dəfə o, bu mötəbər qurumda Avrasiya regionunu təmsil edəcək yeganə azərbaycanlı olacaq. Belə ki, 2013- 2016-cı illərdə beynəlxalq idarə heyətində təşkilatın üzvü olan Azərbaycan Respublikasını Dövlət Neft Fondunun icraçı direktoru, MSŞT üzrə Hökumət Komissiyasının sədri Şahmar Mövsümov da təmsil edib. İdarə Heyəti köhnə tərkibdə sonuncu dəfə fevralın 24-25-də Perunun paytaxtı Lima şəhərində Qlobal MSŞT Konfrasında toplaşacaq və bundan sonrakı toplantılar yeni tərkibdə keçiriləcək.

 

Birincisi, bu ilin yazında keçiriləcək növbəti idarə heyətində Azərbaycanın öhdəliklərinin icrası müzakirə olunacaq və onun əsasında ölkənin statusu yenidən dəyərləndirəcək.

 

Çox böyük ehtimalla İdarə Heyəti yeni tərkibdə Ermənistanın üzvlük məsələsinə də baxacaq. Ermənistanın MSŞT-yə üzv olmasına dair danışıqlar 3 il öncə başlanıb. Bu danışıqlar, demək olar, yekun mərhələyə çatıb. Ötən ilki müzakirələr zamanı Ermənistanın MSŞT-yə qoşulmasına qarşı çıxış edən Azərbaycan nümayəndə heyətinin tələbi əsasında qəbul edilib ki, Ermənistanın MSŞT hesabatları yalnız bu ölkənin tanınmış sərhədləri çərçivəsindəki fəaliyyətinə aid ola bilər: MSŞT Katibliyinin bununla bağlı açıqlamasında qeyd olunur ki, işğal olunmuş ərazilərdə fəaliyyət, birbaşa və ya dolayı, hesabata salına bilməz.

 

Bunlarla yanaşı, Avrasiya regionuna daxil olan Ukrayna, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Monqolustan və Əfqanıstanda bu il MSŞT təşəbbüsünün icrası üzrə qiymətləndirmələr aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 269

Oxşar yazılar