Ötən il 214 şəxsin ali təhsil haqqında sənədləri niyə tanınmayıb?
10 yanvar 2014 17:51 (UTC +04:00)

Ötən il 214 şəxsin ali təhsil haqqında sənədləri niyə tanınmayıb?

2013-cü ildə diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə əlaqədar Təhsil Nazirliyinə 2200 müraciət daxil olub.


 

Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, müraciət edən vətəndaşların əksəriyyətini MDB-nin müxtəlif ölkələrində, Türkiyə və İranda təhsil alanlar, müəyyən bir qismini isə Avropa, Amerika, Asiya və Ərəb ölkələrinin ali təhsil müəssisələrinin məzunları təşkil edib. Bununla əlaqədar 1192 ali təhsil haqqında sənədin ölkə ərazisində tanınması barədə müsbət qərar qəbul edilib.


2013-cü il ərzində təqdim edilmiş sənədlər arasında 214 şəxsin ali təhsil haqqında sənədlərinin ölkə ərazisində tanınmaması barədə qərar qəbul olunub. Onların arasında çoxlu sayda formal ali təhsil almış şəxslər var. Həmçinin mənfi cavab alanların arasında sənədi verən ölkədə və ölkə ərazisində qanunsuz fəaliyyət göstərən xarici ölkələrin ali təhsil müəssisələrinin (məntəqə və filiallar) məzunları var. Digər sənədlər isə baxılma prosesindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1323
avatar

Oxşar yazılar