Ötən ay 63 müəssisə sahibi cərimələnib
20 aprel 2015 13:17 (UTC +04:00)

Ötən ay 63 müəssisə sahibi cərimələnib

 

Bu ilin mart ayında sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 63 müəssisənin sahibi inzibati qaydada cərimələnib.

 

Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya deyib ki, 7 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 16 nəfər işdən müvəqqəti kənarlaşdırılıb, 2 iş istintaqa göndərilib.

 

İ. Abdullayev qeyd edib ki, ötən ay orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 216 yeyinti məhsulundan nümunə götürülüb və 2 qeyri-kafi nəticə əldə olunub. Mikrobioloji məhsullardan götürülən 229 nümunədən isə qeyri-kafi nəticə yoxdur.

 

Ötən ay ərzində şadlıq evlərindən 1347 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 15 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 107
avatar

Oxşar yazılar