Orucluqda Lənkəranda “103”-ə müraciətlərin sayı artıb
06 avqust 2013 23:47 (UTC +04:00)

Orucluqda Lənkəranda “103”-ə müraciətlərin sayı artıb

Ramazanda Lənkəranda  “103” xidmətinə müraciətlərin sayında artım müşahidə olunub. Bu barədə məlumatı APA-nın cənub bürosuna  Lənkəran Rayon Təcili və Təxirəsalinmaz Tibbi Yardim Stansiyasının  baş  həkimi Məmmədbağır Axundov verib. Onun sözlərinə görə,  bəzi  şəxslərin iftardan sonra qidalarına  fikir verməmələri onların səhhətində müəyyən problemlərə səbəb olur.  Nəticədə isə stansiyaya çağırışların sayı ötən aylarla müqayisədə iki dəfə artıb: “Sutkada  40-dək çağırış  daxil olur ki, onların da sayı son 3 həftədə  610-a qalxıb. Çağırışların əksər hissəsi günün  ikinci yarısına təsaduf edir.  Onların çox az faizini zəhərlənmələr, əksəriyyətini isə urək və qan-damar xəstəliklərindən əziyyət çəkən şəxslər təskil edir. Birdəfəlik çoxlu su içmək,  ağır yeməklər qəbul etmək  hipertaniyalı  şəxslərin səhhətinə mənfi təsir göstərir.”

 

Bas həkim oruc tutan şəxslərin Ramazan ayı bitdikdən sonra  da  nüəyyən müddət  qidalanma rejimini diqqətdə saxlamağı vacib hesab edib. Onun qənaətincə, Ramazan ayında mədə nisbətən az qidalanmaya görə onu sonra birdən-birə yükləmək olmaz.  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 449
avatar

Oxşar yazılar