Oktyabr ayına olan hava proqnozu açıqlandı
30 sentyabr 2013 11:47 (UTC +04:00)

Oktyabr ayına olan hava proqnozu açıqlandı

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın və bir dərəcə aşağı olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi dağlıq və dağətəyi rayonlarda isə bir qədər çox olacağı ehtimal olunur.

 

Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur 14-16 dərəcə isti (gecələr 10-14, gündüzlər 17-22 dərəcə isti olacaq, bəzi günlərdə 24-27 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə aşağıdır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-23 mm) olacağı gözlənilir.

 

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 13-15 dərəcə isti (gecələr 6-10 dərəcə isti olacaq, ayın ikinci yarısında 3-5 dərəcəyədək enəcək, gündüzlər 15-20 dərəcə isti olacaq, ayın ikinci yarısında 10-14 dərəcəyədək enəcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 19-32 mm) olacağı gözlənilir.

 

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 7-11 dərəcə isti (gecələr 4-9, ayın ikinci yarısında 0-3 dərəcə isti, gündüzlər 10-15, ayın ikinci yarısında 3-8 dərəcə isti təşkil edəcək) gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-48 mm) olacağı gözlənilir.

 

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 12-15 dərəcə isti (gecələr 7-12, ayın ikinci yarısında 3-6, gündüzlər 16-21, ayın ikinci yarısında 10-14 dərəcə isti təşkil edəcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 30-61 mm) olacağı gözlənilir.

 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 10-14 dərəcə isti (gecələr 6-11, ayın ikinci yarısında 2-4, gündüzlər 14-19, ayın ikinci yarısında 5-10 dərəcə isti təşkil edəcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 33-126 mm),

bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

 

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 14-17 dərəcə isti (gecələr 10-15, ayın ikinci yarısında 6-11, gündüzlər 19-24, ayın ikinci yarısında 14-18 dərəcə isti təşkil edəcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 31-54 mm) olacağı gözlənilir.

 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 13-16 dərəcə isti (gecələr 9-14, ayın ikinci yarısında 6-9, gündüzlər 17-23, ayın ikinci yarısında 12-14 dərəcə isti təşkil edəcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 96-274 mm) olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1785
avatar

Oxşar yazılar