Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 20 Aprel
20 aprel 2015 20:21 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 20 Aprel

GÜNÜN ŞƏRHİ
 
Təriqət və dinlər arasında təfriqə salmaq... Müsəlman dünyasına qarşı daim istifadə olunan ideoloji silah... Son 30 ildə Yaxın Şərq ölkələrinə hərbi müdaxiləyə zəmin hazırlamaq üçün bu alətdən gen-bol istifadə olunub... Həmişə də bu siyasət Qərbin əlində alət olan terror təşkilatlarının vasitəsilə həyata keçirilib. Əgər bir terror təşkilatı digər təriqətlərin nümayəndələrini “əsl yoldan sapınıb” deyə öldürürsə, demək ki, hansısa regional gücün əlinə oynayır. Əgər terror təşkilatı müsəlmanam deyib xristianları öldürməyə başlayırsa, deməli fövqəlgüclərin, transmilli korporasiyaların uzunmüddətli maraqlarına oynayır. Müsəlmanam deyib sünni-şiə bölgüsü yaradan İŞİD indi daha böyük ələ oynamağa başlayıb. Xristianları qətlə yetirib də bunu onların islam dinini qəbul etməməsi ilə əsaslandırmaq dini zəmində təfriqə yaratmağa xidmət edir. Bunun ən böyük nəticəsi Avropada islamofobiyanın daha da güclənməsi olacaq. Demək İŞİD-in xristianları kütləvi şəkildə edam etməsi həm də dünyada islama qarşı nifrət hissini artırmaq, islamofobiya meyllərini gücləndirmək məqsədi daşıyır. Bu nəticələrin Yaxın Şərqin xəritəsini yenidən cızmaq istəyən supergüclərin və transmilli korporasiyaların marağına cavab verdiyini söyləmək artıqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 111
avatar

Oxşar yazılar