Nazirlik əlilləri sevindirdi
23 iyul 2014 11:36 (UTC +04:00)

Nazirlik əlilləri sevindirdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxslərdən daha 100 nəfərini "Naz-Lifan" markalı minik avtomobili ilə təmin edib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, həmin şəxslərdən 38 nəfəri Böyük Vətən müharibəsi əlili, 42 nəfəri hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olan, 20 nəfəri isə Çernobıl AES əlilidir. Sərəncama uyğun olaraq, bu ilin əvvəlinədək növbəyə dayanmış Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxslərdən artıq 523 nəfəri dövlət hesabına minik avtomobili ilə təmin olunub. Növbədə olan digər belə şəxslərin də gələn ayın sonunadək avtomobillə tam təminatı nəzərdə tutulur. Bundan öncə isə Azərbaycan prezidentinin sərəncamı ilə 2014-cü ilədək növbəyə dayanmış Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin cari ilin aprel-may aylarında avtomobillə tam təminatı yerinə yetirilib. Beləliklə, möhtərəm dövlət başçısının qeyd olunan iki Sərəncamı əsasında cari ilin aprelindən bəri müvafiq kateqoriyalara aid  1200  nəfər əlilliyi olan şəxsə avtomobil verilib.   

Minik avtomobili ilə təmin olunmaq üçün növbəyə dayanmış əlilliyi olan şəxslərin siyahıları ƏƏSMN-nin rəsmi internet saytında (www.mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölümünün “Avtomobillərlə təminat” alt-bölümündə ictimaiyyətə təqdim olunur. Avtomobillərin verilməsi həmin siyahılar əsasında, yəni növbəlilik  prinsipi üzrə həyata keçirilir. Eyni zamanda, həmin alt-bölmədə “Dövlət hesabına minik avtomobilləri ilə təmin olunmaq üçün tələb olunan sənədlər” qovluğuna daxil olmaqla əlil vətəndaşa verilmiş avtomaşının digər şəxs tərəfindən idarə edilməsi üçün təqdim edilməli olan sənədlərin siyahısı da əksini tapıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 922

Oxşar yazılar