Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində bu fənnin bir sıra yerli və xarici universitetlərdə tədrisi davam edir.
Bununla bağlı artıq bir neçə universitetdə ilk monitorinqlərə başlanılıb. Bunlardan biri də Litva Pedaqoji Universitetidir.
Litva Pedaqoji Universitetində monitorinqin aparılması üçün BBMM tərəfindən Fəlsəfə və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmmədov ezam olunub.
Monitorinq zamanı "Azərbaycan Multikulturalizmi" fənnini Litva Pedaqoji Universitetində tədris edən professor Rəfail Həsənovun "Etnik muxtəliflik və Azərbaycan multikulturalizmi" mövzusunda mühazirəsi dinlənildikdən sonra, professor İlham Məmmədov tələblərlə görüş keçirib, onlar arasında sorğu keçirilib. Sonda tələbələrin suallarını cavablandırıb və onlara BBMM tərəfindən hazırlanmış hədiyyə paketlərini təqdim edib.