MTRŞ-dan monitorinqlərə mane olan KİV-lərə xəbərdarlıq
24 iyul 2013 13:02 (UTC +04:00)

MTRŞ-dan monitorinqlərə mane olan KİV-lərə xəbərdarlıq

 

“ANS”-də monitorinq aparan qrupa təzyiq edilib

 

Dilçiliyin inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı yaradılmış İşçi qrupunun bu gün keçiilən iclasında telekanallarda aparılan monitorinqlər də müzakirə olunub. Lent.az-ın məlumatına görə, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi Təranə Şükürova bildirib ki, monitorinqlər bu ilin may-iyun aylarında 6 televiziya kanalında  aparılıb: “Televiziya aparıcıları verilişə çıxmamışdan əvvəl hazırlaşmalı, daha çox mütaliə etməlidirlər. Əlbəttə canlı efirdir, çətinliklər və səhvlər ola bilər. Amma aparıcılar mütaliəyə daha çox yer verməlidir. Təəssüf edirəm ki, ANS televiziya kanalında monitorinq aparan qrupa təzyiq edildi. Yəni, bizim fəaliyyətimiz düzgün qarşılanmadı”.


Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini Qafar Cəbiyev isə deyib ki, televiziyalarda ədəbi dilin qorunmasında müəyyən problemlər var. Bu baxımdan telekanallarda monitorinqin aparılması düzgün qərardır. Belə monitorinqlərə problem yaratmağa cəhd edən KİV-lərə isə xəbərdarlıq ediləcək.
 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 683
avatar

Oxşar yazılar