MTRŞ-dan 4 telekanala İRAD
11 noyabr 2015 18:22 (UTC +04:00)

MTRŞ-dan 4 telekanala İRAD

Milli Televiziya və Radio Şurası (MTRŞ) bir neçə televiziya kanalına reklam fəaliyyəti, sponsorluq təqdimatı ilə bağlı qanun pozuntularına yol verdiyinə görə ciddi irad bildirib.

Lent.az-ın Report-a istinadən xəbərinə görə, MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin qatıldığı görüşdə İTV, "Xəzər" TV, "Lider" TV və "Region" TV-yə efirlərində sponsorluq təqdimatı ilə bağlı yol verdikləri qanun pozuntularına görə ciddi iradlar bildirilib və kanalların səlahiyyətli nümayəndələrinə problemin aradan qaldırılması üçün tapşırıqlar verilib.

Telekanalların nümayəndələri irad tutulan problemləri qısa zamanda aradan qaldıracaqlarına söz veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 171
avatar

Oxşar yazılar