Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının (DSK) sədrləri üçün Bakıda ənənəvi bir həftəlik seçki hüququ üzrə ixtisaslaşmış kurslar başlayıb.
Lent.az-ın verdiyi məlumata görə, tədbirə Prezident Administrasiyası rəhbərinin müavini, Regional İdarəetmə və özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay qatılıb.
MSK sədri Məzahir Pənahov deyib ki, Azərbaycanın taleyi xalqımızın qarşıdakı seçkilərdə edəcəyi seçimdən asılı olacaq. Onun sözlərinə görə, istənilən ölkədə vətəndaşların seçki hüquqlarının bərpa olmasının qarantı prezidentdir: “Bu baxımdan Azərbaycanda demokratik seçkilər üçün zəruri şərait var. Partiyalara seçkilərdə iştirak etmək üçün şərait yaradılıb. Mətbuat, xüsusən internet üzərində heç bir nəzarət yoxdur”.
Məzahir Pənahov bildirib ki, seçkilərin yüksək səviyyədə keçirilməsi üçün DSK və məntəqə seçki komissiyaları yüksək peşəkarlığa malik olmalıdır: “Bu tədbirdə məqsəd aşağı seçki komissiyalarının əməkdaşlarının maarifləndirilməsidir. Bizim birbaşa vəzifəmiz seçkidə iştirak edən sübyektlərin Seçki Məcəlləsinə uyğun addımlar atmasına nail olmaq, seçkilərin nəticələrini operativ, vaxtında çatdırmaqdır”.

MSK sədri: “Partiyalara seçkilərdə iştirak etmək üçün şərait yaradılıb"
Oxşar yazılar

Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10