Klinton Bakıda keçirilən toplantıya müraciət ünvanladı
30 avqust 2013 10:31 (UTC +04:00)

Klinton Bakıda keçirilən toplantıya müraciət ünvanladı

ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun sentyabrın 4-6-da Bakıda təşkil edəcəyi Müştərək Cəmiyyətlər Forumunun Yüksək Səviyyədə Toplantısına müraciət göndərib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sabiq dövlət katibi Cənubi Qafqaz Forumunun yaratdığı şəbəkənin üzvlərinə və qarşıdan gələn toplantı iştirakçılarına uğurlu və səmərəli forumun keçirilməsi ilə bağlı xoş arzularını çatdırıb.

 

Qeyd edək ki, Müştərək Cəmiyyətlərə dair gerçəkləşən Açıq Cəmiyyət Forumu Diasporla İş üzrə Dövlət Komitəsi və İsgəndəriyyə Kitabxanasının dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən təşkil olunub. Mayın 5-8-də Bakıda keçirilən I Cənubi Qafqaz Forumunda 40-a yaxın ölkənin sabiq dövlət və hökumət başçısı iştirak edib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşan layihə çərçivəsində Bakıdan başqa Stokholm, Vaşinqton, Brisbon, Afina, İsgəndəriyyə kimi şəhərlərdə də silsilə xarakterli yüksək səviyyədə toplantıların keçirilməsi nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600
avatar

Oxşar yazılar