Jurnalistlərə hədə-qorxu gələn tanınmışlar kimdir? - SORĞU
01 iyul 2013 12:15 (UTC +04:00)

Jurnalistlərə hədə-qorxu gələn tanınmışlar kimdir? - SORĞU

Sənətcilərin tanınmasında jurnalistlərin böyük rolu var. Azərbaycan şou-biznesində ağı-qaradan seçə bilən məşhurlarımız olduğu kimi, peşəsinə hörmət edən, obyektiv yazı yazan jurnalistlərimiz də var. Ancaq onlar çox vaxt obyektiv yazı yazıb hədə-qorxu ilə üzləşirlər. Hətta hədələr o həddə gəlib çıxır ki...

 

 Lent. az-da bu mövzu ilə bağlı şou-biznes yazarları arasında bir sorğu keçirib. Görək, onlara  hansı məşhurlar hədə-qorxu gəlib?

 

 

 

Ceyran Əsgərova , “Səs” İnformasiya Agentliyi: “Məni bir çox tanınmış hədələyib. Bunların sırasında bəstəkar Nailə Mirməmmədli və Cəmilənin adını çəkə bilərəm. Mən də öz növbəmdə onların hədələrinə mədəniyyətimə uyğun cavab verməyə çalışmışam”.

 

 

 

Ümidə Həsənli, hafta-ichi.az: “Heç kim mənə hədə-qorxu gəlməyib. Çünki mən məşhurların şəxsi həyatlarına müdaxilə etməyi sevmirəm. Əgər hansısa məşhurun şəxsi həyatında bir məsələ olarsa, şəxsən özündən maraqlanıram”.

 

 

Yeganə Rzaxanova, vesti.az: “Bəli, hədə-qorxu ilə üzləşmişəm. Misal üçün, Almaz Ələsgərlinin qızının boşanması barədə xəbəri yazandan sonra o, mənə zəng edib, hədə-qorxu gəldi. Rəqqasə Məryəm Süleymanovanın ailə qurması ilə bağlı xəbər dərc olunmuşdu. Bu yazını isə mən yazmamışdım. M.Süleymanova isə məndən xəbəri kim yazdığını soruşdu. Mən isə heç bir mənbə demədim. O zəng edib, məni işdən çıxaracağı, başıma oyun açdıracağı ilə hədələmişdi. Jurnalisti hədələmək yaxşı hal deyil ”.

 

Aynur Babasoy, qafqazinfo.az: “Mənə bir çox tanınmışlar hədə-qorxu gəlib. Xatirə İslamın adını çəkə bilərəm. Yazmışdım ki, Xatirə toyda oxuduğu vaxt dava düşüb. Həmin xəbəri isə mənə el şənliyində iştirak edən şəxslər demişdilər. Xatirə məni yaxşıca  hədələmişdi”.

 

 

 

Aygül Rzayeva , anspress.com: “Anspress”dən öncə çalışdığım xəbər portalında xalq artistləri İlhamə - Nazpəri qalmaqalından  yazmışdım. Xəbər çıxandan sonra  İ. Quliyeva mənə zəng elədi, söydü, hədələdi”.

 

 

Türkan Məmmədli,  APA-TV: “APA-TV-dən öncə bir xəbər agentliyində şou-biznes yazarı idim. Yadımdadı, rəqqasə Oksana Rəsulovanın hədə-qorxusuna tuş gəlmişdim. O, keçmiş həyat yoldaşı Xaqayla boşanmaq ərəfələrində idi. Həmin vaxt Elşad Xose ilə birgə gündəmi zəbt etmişdilər, mən də yazı yazmışdım. Oksana zəng edib qışqırdı, hədə-qorxu gəldi”.

 

 

 

Fuad Mədətov, mod.az: “Demək olar ki, belə hədələrlə hər gün rastlaşıram. Amma mətbuatda çalışdığım 8 il müddətində məni min dəfə ölümlə hədələyiblər. Tanınmışların əksəriyyətinin adını çəkə bilərəm. Günay Musayeva,  Kərim Abbasova, prodüser Təranə Səmədova, İlhamə Quliyeva, Ekstrasens Nuridə Küskün və başqaları”.

 

Tural Ozan , “Space”: “İbrahim Tatlısəs Bakıya gələndə  gizli çəkiliş etmişdim. O, mühafizəçiləri üstümə göndərdi və çəkdiklərimizi silməyi tələb etdi. Bundan əlavə, dünya ulduzu JLO Bakıya gəldiyi zaman eyni halla qarşılaşdım. Yerli ulduzlarımızdan isə heç kim indiyə qədər mənə  hədə-qorxu gəlməyib ”.

 

 

Şou-biznes yazarı Lalə Yusifqızı: “Telefonla və ya üz-üzə hədələnməsəm də, arxamca "asıb-kəsənlər", qarğış edənlər çox olub. Şou-biznes aləmində heç bir müğənni məni sevmir, bunu səmimiyyətlə etiraf edə bilərəm. Üstəlik, bir xalq artisti var ki, məni görəndə rəngi qaralır,  özü kimilərinə xəbərdarlıq edir ki, ondan uzaq gəzin, təhlükəli qızdı. Elnur və Rəqsanə məndən incimişdilər. Sonra vəziyyəti qəbul etməli oldular, indi münasibətləri çox yaxşıdır...”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1932

Oxşar yazılar