Həcc səfərinin qiyməti qalxdı
20 avqust 2013 16:10 (UTC +04:00)

Həcc səfərinin qiyməti qalxdı

Həcc səfərinin qiyməti 160-25O manat qalxıb


 

Azərbaycandan bu il də Həcc ziyarətinə gedən zəvvarlar üçün qiymətinə görə VİP səfər növü təşkil olunur.

 

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, qiyməti 4100 manat olan xidmətdən istifadə edəcək zəvvarlar 2 və 4 nəfərlik otaqlarda qalacaqlar. Onlara bahalı və dadlı yeməklər veriləcək, qaldıqları otellərdə xidmətlər VİP olacaq.

 

Ümumiyyətlə, builki Həcc səfərinin qiyməti əvvəlki ilə nisbətən qalxıb.

 

Ötən il Həcc ziyarətinə yollanan zəvvarlara iki qiymət təklif olunub: 3090 manat və 3850 manat (VİP). 3090 manat ödəyən zəvvarlara sadə yemək verilib, onlar 8 və 16 nəfərin qaldığı otaqlarda gecələyiblər. 3850 manat ödəyən zəvvarlar isə nisbətən daha keyfiyyətli yeməklər verilib, onlar 4 və 6 nəfərlik otaqları olan şəraitli otellərdə yerləşdiriliblər.

 

Bu il isə zəvvarlara müvafiq olaraq 3250 və 4100 manatlıq (VİP) Həcc ziyarəti təklif olunur.

 

Bütün səfərlər Suriyada baş verən hadisələrlə əlaqədar olaraq təyyarə ilə baş tutacaq.

 

Xatırladaq ki, bu il Azərbaycandan 3600 zəvvarın Həccə getməsi nəzərdə tutulub. Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 1-dən başlayıb və mayın 30-da başa çatıb. Sənədlər ziyarəti təşkil edən yeganə qurum olan QMİ-də qəbul olunub. Zəvvarların Həcc ziyarətinə aparılmasını Fransanın “France Air” aviaşirkəti təşkil edəcək.

 

Azərbaycanda Həcc ziyarətini yalnız QMİ təşkil edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3492
avatar

Oxşar yazılar