Hansı sahələrdə çalışan işçilərin əmək haqqı artırıldı?
20 avqust 2013 18:41 (UTC +04:00)

Hansı sahələrdə çalışan işçilərin əmək haqqı artırıldı?

Prezident İlham Əliyev kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncama əsasən dövlət büdcəsindən maliyyələşdirilən kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2013-cü il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılıb.

 

Dövlət başçsının digər sərəncamı ilə, dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat müəssisələrində çalışan işçilərin də Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları sentyabrın 1-dən orta hesabla 10 faiz artırılıb.


Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4857
avatar

Oxşar yazılar