Gündəmi zəbt edən qarpız satanın  işsizliyi HƏLL OLUNDU
26 sentyabr 2026 19:34 (UTC +04:00)

Gündəmi zəbt edən qarpız satanın işsizliyi HƏLL OLUNDU

0

İki gündür gəlirini itirməsi ilə gündəmi zəbt edən qarpız satan Xəyal Əsədov yenidən işinin başına keçib.

Lent.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə bildirib. 

Onun sözlərinə görə, üzləşdiyi çətinliklə bağlı mediada yaydığı məlumatlardan sonra yenidən işinə qayıda bilib. Buna görə də o, media nümayəndələrinə, həmçinin kamera görüntülərinə baxıb iddiaları araşdırdığı üçün Azərbaycan polisinə təşəkkür edib.

Qeyd edək ki, Xəyal Əsədov deputat Fəzail İbrahimliyə satmaq istədiyi qarpızların ağ çıxması səbəbindən işini itirdiyini iddia edib. O bildirib ki, deputat həmçinin onun bıçağa əl atdığını iddia edib. Lakin polis şöbəsində kamera görüntülərinə baxılaraq, bu iddianın əsassız olduğu ortaya çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 142

Oxşar yazılar