Güney Azərbaycanın müxtəlif bölgələri Dünya Ana Dili Günü mərasimlərinə hazırlaşır.
Lent.az-ın məlumatına görə, Azərbaycanın Əcəbşer şəhərində Dünya Ana Dili Günü ərəfəsində yüzlərlə Bildiriş yayılıb.
Bildirişdə türk dilinin tarixi, mədəni və mənəvi əhəmiyyətinə toxunulub. Onun fars şovinizmi tərəfindən qadağan edilməsi pislənilib. Azərbaycan türklərinin Ana Dilli və milli haqlarının təmini uğrunda mübarizə aparacaqları isə bir daha vurğulanıb.
Azərbaycan başqa şəhərlərində də oxşar aksiyaların başlanılacağı gözlənilir.
Xatırladaq ki,Fevralın 21-i Beynəlxalq Ana Dili günüdür.