Güclü külək əsəcək, yağış yağacaq
27 sentyabr 2013 12:48 (UTC +04:00)

Güclü külək əsəcək, yağış yağacaq

 

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sentyabrın 28-ə gözlənilən hava proqnozunu açıqlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın  Lent.az-a verdiyi  məlumata görə,  Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz  keçəcəyi gözlənilir.

 

Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturun gecə 15-18 dərəcə,  günün birinci yarısında 21-25 dərəcə, axşama 14-16 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 28-də  hava gün ərzində əsasən yağmursuz olacaq.  Arabir güclənən qərb küləyi əsəcək. Aran rayonlarında gecə 12-17  dərəcə, gündüz 24-28 dərəcə isti, dağlarda gecə 5 -10 dərəcə, gündüz 15-20  dərəcə isti gözlənilir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1894
avatar

Oxşar yazılar