Evdə təhsilə cəlb olunan uşaqlar üçün aylıq müavinət təyin edilib
24 aprel 2015 06:26 (UTC +04:00)

Evdə təhsilə cəlb olunan uşaqlar üçün aylıq müavinət təyin edilib

0

Nazirlər Kabineti “Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında” qərarında dəyişiklik edib.

 

APA-nın məlumatına görə, dəyişiklik evdə təhsilə cəlb olunan uşaqların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayrılacaq vəsaitlə bağlıdır.

 

Dəyişikliyə əsasən evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 20 (iyirmi) manat həcmində müavinət müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 602

Oxşar yazılar