Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərə sənəd verilməsini ləngidən abituriyentlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün saat 11:40-dək 71550 abituriyent öz elektron ərizəsini dolduraraq təsdiqləyib. 6457 abituriyent elektron ərizəsinə özü haqqında məlumatları daxil etsə də, həmin ərizələr təsdiq olunmayıb.
Ərizələri təsdiq olunmayan, həmçinin ərizə təqdim etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaq. Həmin abituriyentlər qəbul imtahanlarında iştirak etmək üçün aprelin 30-dək bu prosesi yekunlaşdırmalıdırlar.