Əmək Məcəlləsinə dəyişiklik edildi
28 noyabr 2014 14:07 (UTC +04:00)

Əmək Məcəlləsinə dəyişiklik edildi

 

 

Azərbaycanda əmək qanunvericiliyinin tələblərini pozan işəgötürənlərdən toplanan cərimələrin 25%-i müvafiq icra hakimiyyəti orqanı işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və maddi-texniki bazasının yaxşılaşdırılmasına sərf ediləcək.

 

APA-Economics” xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" və “Məşğulluq haqqında” qanuna dəyişiklik edilməsi haqqında" qanun layihələrinə dəyişikliklər edilib.

 

Dəyişiklik barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, işəgötürənlərdən toplanan cərimələrin 25%-i müvafiq icra hakimiyyəti orqanının hesabına köçürüləcək. Bu vəsaitin istifadə qaydası isə müvafiq orqan tərəfindən müəyyən ediləcək.

 

“Məşğulluq haqqında” qanuna edilən dəyişikliyə əsasən işçilərin ixtisarı barədə müvafiq icra hakimiyyəti orqanına azı 2 ay əvvəlcədən, vakansiya barədə ən geci 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməyən, eyni zamanda müvafiq icra hakimiyyəti orqanının göndərişi, kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatlar təqdim etməyən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilləri, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxsləri kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlərin cərimələnməsindən toplanan vəsaitlərin 25%-i qeyd edilən məsələlərə sərf ediləcək.

 

Qanunvericiliyə dəyişikliyin edilməsində məqsəd müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılmasıdır.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2462
avatar

Oxşar yazılar