Elektron dərslik portalından istifadə edənlərin sayı açıqlandı
12 noyabr 2014 12:52 (UTC +04:00)

Elektron dərslik portalından istifadə edənlərin sayı açıqlandı

0

 

Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni www.e-derslik.edu.az elektron dərslik portalından bu günə qədər 11374 nəfər istifadə edib. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, portaldan Bakı şəhəri üzrə 4163 nəfər, Sumqayıt şəhəri üzrə 1050 nəfər, Gəncə şəhəri üzrə 421 nəfər yararlanıb. Portalda elektron dərslikləri e-pub, oflayn və onlayn formatda yükləmək imkanları mövcuddur.

 

Hazırda yalnız 6-cı sinif Azərbaycan bölməsi üzrə elektron dərsliklər saytda yerləşdirilib. Daha çox Azərbaycan dili (2182 nəfər), riyaziyyat (1891), biologiya (1806) və ingilis dili (1401) elektron dərsliklərindən istifadə olunub.

 

Qeyd edək ki, cari ilin sonuna qədər VII sinif üzrə 10, II və III siniflər üzrə ayrı-ayrılıqda 5 elektron dərslik portalda yerləşdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 599

Oxşar yazılar