Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan dilinin tətbiqi vəziyyətini və normaların pozulması hallarını müəyyənləşdirmək məqsədilə monitorinqlər keçirəcək. Lent.az-ın məlumatına görəı, institut şəhər və rayonların icra hakimiyyətləri ilə müqavilələr bağlayacaqdır. Məsələ ilə əlaqədar AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Prezident İlham Əliyevin imzalamış olduğu “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı xatırlatmışdır. Vurğulamışdır ki, xüsusi əhəmiyyətə malik sənəd Azərbaycan dilinin inkişafı, tətbiqi və istifadəsi ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bununla əlaqədar olaraq, Dilçilik İnstitutu monitorinqlər çərçivəsində afişa və elanlarda, həmçinin dövlət və özəl qurumların sənədlərində nöqsanları müəyyənləşdirəcək, nəticədə onların aradan qaldırılması istiqamətində müvafiq işlər görüləcəkdir.

Dilçilik İnstitutu icra hakimiyyətləri ilə monitorinqlərə başlayır
0
0
0
0