Dərmanların qiymətini dövlət tənzimləyəcək
26 noyabr 2014 15:27 (UTC +04:00)

Dərmanların qiymətini dövlət tənzimləyəcək

Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətinin müvafiq icra hakimiyyəti vasitəsi ilə dövlət tərəfindən tənzimlənməsi təklif edilir.

 

APA-nın məlumatına görə, Milli Məclisin Sosial siyasət Komitəsinin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna bununla bağlı əlavələr müzakirəyə çıxarılıb.

 

Komitə sədri Hadı Rəcəblinin rəhbərliyi ilə keçən iclasda bildirilib ki, qanunda “dərman vasitələri ilə davranışın dövlət tənzimlənməsi” sırasına yeni 4.1.5-ci -“dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi” maddəsi də əlavə edilir.

 

Eyni zamanda qanuna yeni 4.6.-cı “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir” maddəsi də əlavə edilir.

 

H. Rəcəbli bildirib ki, bu yenilikdə məqsəd dərmanların həddindən artıq bahalaşmasının qarşısının alınmasıdır: “Bəzən görürsən ki, ölkəyə daxil olan dərman iki dəfə baha qiymətə satılır. Bu etdiyimiz yenilik də bunun qarşısını almaq üçündür”.

 

Layihə plenar iclasa tövsiyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 556
avatar

Oxşar yazılar