
"Qazilər siyasi proseslərdə alət kimi istifadə edilməyə qarşıdır" - TƏDBİR
Bir qrup Qarabağ qazisi Binəqədi rayonu ərazisində SOCAR əməkdaşları ilə baş verən insidenti siyasiləşdirmək istəyən qüvvələrə etiraz olaraq mətbuat konfransı keçiriblər.
APA-nın məlumatına görə, konfransda deputat, hüquq müdafiəçisi Çingiz Qənizadə, Azərbaycan Respublikası Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin sədri Mirhəsən Həsənov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli və 18 Qarabağ qazisi iştirak edib.
Tədbirdə çıxış edən Çingiz Qənizadə bildirib ki, Qarabağ qaziləri ona müraciət edərək mətbuatda çıxış etmək üçün kömək istəyiblər: "Qazilərimiz Binəqədidə baş verən hadisələrdən bəzi siyasi qüvvələrin istifadə etdiyini bildirdilər. Onlar buna icazə verməyəcəklərini, dövləti, prezidenti daima dəstəklədiklərini vurğuladılar. Tədbirin keçirilməsində də məqsəd budur. Qazilər siyasi proseslərdə alət kimi istifadə edilməyə qarşı olduqlarını, bu cür proseslərdə iştirak etməyəcəklərini bəyan ediblər. Qarabağ qazilərinin bu addımını düzgün hesab edirəm, çünki baş verən hər bir hadisədən bəzi qüvvələr istifadə edir və bunu dövlətə, Azərbaycana, prezidentə qarşı çevirməyə çalışırlar. Müharibə şəraitində olsaq da, Azərbaycan tam sabit və təhlükəsiz ölkədir. Belə bir dövrdə Qarabağ qazilərinin prezident İlham Əliyevin siyasətini dəstəklədiyini və siyasi alətə çevrilmək istəmədiklərini bəyan etmələri olduqca vacibdir".
Konfransda iştirak edən Qarabağ qaziləri də çıxış edərək baş verən hadisəni siyasiləşdirməyin əleyhinə olduqlarını qeyd ediblər. Onlar dövlətin qayğısı, diqqəti ilə əhatə olunduqlarını, Prezident İlham Əliyevin həmişə onların yanında olduğunu və qazilərin də dövlət başçısını dəstəklədiklərini vurğulayıblar. Qazilər hər zaman Prezidentin əsgərləri olduqlarını xüsusi qeyd ediblər və bəzi siyasi qüvvələrin onlardan istifadə etmələrinə icazə verməyəcəklərini bəyan ediblər.
Oxşar yazılar

"Yaşayan Nostradamus"dan 2025-ci ilin sonu üçün dəhşətli PROQNOZ: dünya tanınmaz dərəcədə dəyişəcək
8 iyul 2025 , 20:15
Ata 6 yaşlı qızını iki arvadı olan kişiyə satdı
8 iyul 2025 , 19:20
30, 40 və 50 yaşda günəş altında nə qədər qalmaq olar?
8 iyul 2025 , 19:07
Kristiano Ronaldo 7 milyon dollarlıq dəbdəbəli yaxtası ilə tətildə - FOTOLENT
8 iyul 2025 , 16:07
Şəkər xəstələrinin dərman narazılığı ilə bağlı TƏBİB-dən AÇIQLAMA
8 iyul 2025 , 15:52
6 saatdan az yatanda orqanizmə nə olur? - ARAŞDIRMA
8 iyul 2025 , 15:37
Balakəndə 20 mindən çox abonentin qazı kəsiləcək
8 iyul 2025 , 15:03