Bina tikintisi ilə bağlı yeni <span style="color:red;">QAYDALAR
17 mart 2014 11:09 (UTC +04:00)

Bina tikintisi ilə bağlı yeni QAYDALAR

"Tikinti obyektlərinin istilik təchizatının, təbii və süni işıqlandırılmasının, havalandırılmasının və akustikasının layihələndirilməsi Qaydaları"nda əlavələr olunması ilə bağlı qərar verib. Lent.az-ın məlumatına görə, bu qaydalar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanununun tətbiqi barədə” dövlət başçısının fərmanının icrasını təmin etmək məqsədi ilə hazırlanıb və tikinti obyektlərinin istilik təchizatının, təbii və süni işıqlandırılmasının, havalandırılmasının və akustikasının layihələndirilməsi qaydalarını müəyyən edir.

 

 Qərara əsasən bina və ya qurğu elə layihələndirilib tikilməlidir ki, insanlar binalarda yaşadığı və ya qurğuda olduğu zaman təhlükəli radiasiya, fiziki, bioloji, kimyəvi və digər təsirlərə məruz qalmasın və aşağıdakı göstəricilər üzrə təhlükəsiz şərait təmin ediləcək:

Yaşayış, ictimai və istehsalat binalarının istiliklə təmin olunması;

Yaşayış, ictimai və istehsalat binalarının havalandırılması;

Ytaqların təbii və süni işıqlandırılması;

Yaşayış və ictimai binaların otaqlarının, istehsalat binaları və qurğularının işçi zonalarının səs – küydən mühafizəsi.

 

Qərarda tikinti obyektlərinin istilik təchizatı, təbii və süni işıqlandırılması, havalandırılması və akustikası üzrə aşağıdakı tələblər də öz əksini tapıb:

 

Bina və qurğunun hüdudlayıcı tikinti konstruksiyalarının istilik ötürməyə müqaviməti;

İsitmə dövründə hüdudlayıcı tikinti konstruksiyalarının daxili səthindəki temperaturla bina daxilindəki havanın temperaturu arasındakı fərq;

İlin isti fəslində hüdudlayıcı tikinti konstruksiyalarının və ilin soyuq fəslində bina və ya qurğunun otaqlarının istiliyə dayanıqlılığı;

Hüdudlayıcı tikinti konstruksiyalarının buxar keçiricilik müqaviməti;

Hüdudlayıcı tikinti konstruksiyalarının hava keçiricilik müqaviməti;

Döşəmələrin istilikmənimsəmə göstəricisi;

Binanın və ya qurğunun layihə sənədlərində hüdudlayıcı tikinti konstruksiyalarının həddindən artıq nəmlənməsinin və onların səthinə suyun yığılmasının qarşısının alınması və onların uzunömürlülüyünün təmin edilməsi üzrə tədbirlər nəzərdə tutulmalıdır;

İsitmə, havalandırma və kondisionerləşdirmə sistemləri və layihə sənədlərində onların işləmə rejimlərinə qoyulmuş tələblər, hüdudlayıcı konstruksiyaların istilik texnikası xarakteristikalarının qəbul olunmuş hesabi göstəricilərində otaqların aşağıda göstərilən mikroiqlim parametrlərinin ilin isti, soyuq və keçid dövrləri üçün tələb olunan göstəricilərə uyğunluğunu təmin etməlidir:

Binanın və ya qurğunun daxilində havanın temperaturu;

Hesabi göstəricilər binaların və ya qurğuların təyinatını, insanların yaşayışını və fəaliyyətini nəzərə almaq şərtilə müəyyən edilir;

İsitmə, havalandırma və kondisionerləşdirmə sistemlərinin texniki həllərində otaqların mikroiqlim parametrlərinin avtonom tənzimlənməsi imkanı nəzərdə tutulur;

Binanın və ya qurğunun layihə sənədlərində il ərzində binanın və ya qurğunun daxili və xarici istismarı şəraitinin dəyişməsi zamanı isitmə sistemlərinin istilik və hidravlik dayanıqlılığının təmin olunmasıüçün texniki həllər nəzərdə tutulmalıdır .

Layihə sənədlərində bina və ya qurğunun havalandırma sistemi ilə təchiz olunması nəzərdə tutulmalıdır. Layihə sənədlərində bina və ya qurğunun kondisionerləşdirmə sistemi ilə təchiz olunması nəzərdə tutula bilər.

 

 

 

Qərarda həmçinin o da qeyd olunur ki, bina və ya qurğunun ərazidə yerləşdirilməsi, tikinti konstruksiyalarının xarakteristikalarının layihə göstəriciləri, layihə  sənədlərindəki mühəndis avadanlığın xarakteristikaları, yanaşı ərazilərin abadlaşdırılması üzrə nəzərdə tutulmuş tədbirlər insanları aşağıda qeyd olunanlardan mühafizə etməlidir:

Xarici mənbələrin yaratdığı səs-küydən;

Binanın  və ya qurğunun digər otaqlarında yaranan səs- küydən;

Zərbə səs-küyündən;

Avadanlığın yaratdığı səs-küydən;

Əks-səda kəsildikdən sonra otaqda həddindən artıq davam edən səs-küydən;

Ərazidə səs-küyün mənbəyi ola biləcək layihələndirilən bina və qurğularda səs-küyün azaldılması üzrə tədbirlər nəzərdə tutulmalıdır;

Səs-küydən mühafizə təmin olunmalıdır:

Yaşayış, ictimai və istehsalat binalarının otaqlarında;

Bina və ya qurğunun tikintisinin və istismarının həyata keçirilməsi nəzərdə tutulan ərazinin sərhədlərində;

Ərazidə tikinti və tikinti-bərpa işlərinin aparılması hallarında səs-küylə müşayiət olunan proseslər adi günlərdə saat 9.00-dan 18.00-dək, bazar və bayram günlərində isə saat 10.00-dan 14.00-dək aparılmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1721

Oxşar yazılar

Leysan, dolu, sel   XƏBƏRDARLIĞI

Leysan, dolu, sel XƏBƏRDARLIĞI

27 iyun 2024 , 17:32
Baş Prokurorluq işəgötürənlərə  müraciət etdi

Baş Prokurorluq işəgötürənlərə müraciət etdi

27 iyun 2024 , 17:20
Natiq Qasımovun anasına Prezident təqaüdü  təyin edildi

Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildi

27 iyun 2024 , 16:49
Nazirin imtahandan kəsilən müəllimləri - REPLİKA

Nazirin imtahandan kəsilən müəllimləri - REPLİKA

27 iyun 2024 , 16:47
Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

27 iyun 2024 , 16:21
Astarada müəllimlərlə bağlı BİABIRÇI NƏTİCƏ

Astarada müəllimlərlə bağlı BİABIRÇI NƏTİCƏ

27 iyun 2024 , 15:16
Azərbaycanda külək ağacları kökündən qopartdı - FƏSADLAR

Azərbaycanda külək ağacları kökündən qopartdı - FƏSADLAR

27 iyun 2024 , 13:45
Azərbaycanda küləklə bağlı SARI XƏBƏRDARLIQ

Azərbaycanda küləklə bağlı SARI XƏBƏRDARLIQ

27 iyun 2024 , 13:19