Alimlər şəkərəmeyilliliyin şəkər diabetinə çevrilməsinin qarşısını necə almağın yollarını tapıblar.
Lent.az xəbər verir ki, Tübingen Universitetinin Münhen Helmholtz Diabet və Metabolik Xəstəliklərin Tədqiqi İnstitutunun alimləri müəyyən ediblər ki, arıqlamaq bəzi insanlarda prediabetin diabetə keçməsinin qarşısını effektiv şəkildə alır. Mövzu ilə bağlı araşdırmanın nəticələri geniş şəkildə diabetologia jurnalında dərc olunub.
Tədqiqatda prediabetli 480 insan iştirak edib. Bu, qanda qlükoza (şəkər) səviyyəsinin artıq, normadan yuxarı olduğu, lakin hələ diabetik səviyyəyə çatmadığı bir vəziyyətdir. Prediabet 2 tip diabetin inkişafı üçün risk faktorudur.
Araşdırmada iştirake edən şəxslərin hər birinə ən azı 7% arıqlamağa səbəb olan pəhrizə riayət etmək tapşırılıb. 114 iştirakçıda bu pəhrizdən sonra qandakı şəkərin miqdarı tamamilə normallaşıb və prediabet yox olub.