Cəlilabadda Vətən müharibəsi  iştirakçısı vəfat edib
22 iyul 2026 17:43 (UTC +04:00)

Cəlilabadda Vətən müharibəsi iştirakçısı vəfat edib

0

Vətən müharibəsi iştirakçısı uzun sürən xəstəlikdən sonra vəfat edib.

Lent.az-ın verdiyi xəbərə görə, Cəlilabad rayonundan olan Vətən müharibəsi iştirakçısı Coşğun Təhməzov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Coşğun Təhməzov Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda xidmətlərinə görə müxtəlif medallarla təltif olunub. O, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Coşğun Təhməzov ailədə iki qardaş olub. Onun kiçik qardaşı hazırda hərbi xidmətini davam etdirir.

İlkin Rzayev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar