Lionel Messi Dünya çempionatları tarixində ən çox qol vuran oyunçu statusunu möhkəmləndirə bilmədi. O, Miroslav Klozenin rekordunu qırıb - Argentina əfsanəsindən bir qol daha çox qol vurmaq isə Kilian Mbappeyə nəsib olub.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, lakin Messi Dünya çempionatları tarixində ən çox qol ötürməsi edən oyunçu olaraq qalır. 32 oyunda o, 12 məhsuldar ötürmə edib ki, bunlardan dördü Şimali Amerikada keçirilən turnirdə olub. Turnir tarixində ikinci ən yüksək məhsuldar ötürmə Messinin həmyerlisi Dieqo Maradonaya məxsusdur və o, 21oyunda səkkiz məhsuldar ötürmə edib.
Dünya çempionatında debüt oyununda Maykl Olise səkkiz oyunda yeddi məhsuldar ötürmə ilə Pelenin bir Dünya çempionatında məhsuldar ötürmə rekordunu qırıb. Fransız futbolçu hazırda Pyer Littbarski və Qjeqoj Lyato ilə üçüncü yeri bölüşür.
