ABŞ və Kanadadan olan alimlər müəyyən ediblər ki, ultraemal olunmuş qidalar ürək-damar xəstəliklərindən baş verən ölümlərin əhəmiyyətli hissəsi ilə əlaqəli ola bilər.
Lent.az xəbər verir ki, kardioloqların açıqladığı məlumata görə, ürək-damar xəstəliklərindən baş verən ölümlərin 23–38 faizi, bu xəstəliklərin isə 37 faizə qədəri ultraemal olunmuş qidaların müntəzəm qəbulu ilə əlaqələndirilir.
Hansı qidalar risk qrupuna daxildir?
Mütəxəssislər aşağıdakı məhsulları ultraemal olunmuş qidalar sırasına daxil edirlər:
sosiska və kolbasa;
çipslər;
hamburgerlər;
naqqetslər;
peçenye və şirniyyatlar;
konfetlər;
şəkərli qazlı içkilər;
mayonez;
çoxlu qida əlavələri ilə hazırlanan digər məhsullar.
Minlərlə xəstəliyin qarşısını almaq mümkündür
Alimlərin hesablamalarına görə, insanların bu tip qidaların istehlakını ən azı 50 faiz azaltması hər il 27-46 min yeni ürək-damar xəstəliyi halının və 5-8,3 min ölümün qarşısını ala bilər. Tədqiqat Kanadada yaşayan insanların məlumatları əsasında aparılıb. Lakin müəlliflər hesab edirlər ki, ultraemal olunmuş qidaların gündəlik qidalanmada geniş yer tutduğu digər ölkələr üçün də nəticələr aktualdır. Mütəxəssislər vurğulayırlar ki, ürək sağlamlığını qorumaq üçün emal səviyyəsi aşağı olan təbii məhsullara üstünlük vermək, meyvə, tərəvəz, tam taxıl məhsulları və sağlam yağlarla zəngin qidalanmaq tövsiyə olunur.