Bellinqem Sloveniya ilə oyunda Keyni söyüb
27 iyun 2024 19:23 (UTC +04:00)

Bellinqem Sloveniya ilə oyunda Keyni söyüb

İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem Avropa çempionatının qrup mərhələsinin 3-cü turunun oyunu zamanı komanda yoldaşı Harri Keynə nalayiq sözlər deyib. 

Lent.az bildirir ki, bu barədə “Daily Mail” dodaq oxuma üzrə ekspert Ceremi Frimena istinadən xəbər verir.

Frimenanın sözlərinə görə, Bellinqem bunları söyləyib: “Hey, həqiqətən, #####, ötürmə ver! Topu saxlamaq üçün çox gecdir, #####, ötür!” 

Çox güman ki, bu epizod Sloveniya ilə iyunun 25-də baş tutan oyunun birinci yarısının sonlarına yaxın olub. Oyun 0:0 hesabı ilə başa çatıb. Avro-2024-ün qrup mərhələsinin üç turundan sonra İngiltərə yığması beş xal toplayaraq C qrupunda birinci yeri tutaraq 1/8 finala yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2337
avatar

Oxşar yazılar