Bakı şəhərində intihar baş verib.
Lent.az-ın məlumatına görə, hadisə Suraxanı rayonu, Südçülük sovxozunda qeydə alınıb.
Orada yaşayan Lerik rayon sakini, 52 yaşlı Fərhad Əsgərov yaşadığı evdə özünü asıb. İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.