Kürdəmir sakini göldə batıb.
Lent.az-ın APA-ya istinadən xəbərinə görə, rayonun Mürtülü kənd sakini, 50 yaşlı Vasif Ələddin oğlu Mahmudov kənd ərazisində yerləşən göldə batıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Meyit tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.