Müğənni Vüsal Əliyev maraqlı bir xatirəsini paylaşıb.
Lent.az-ın xəbərinə görə, müğənni uzun illər onunla işləmiş musiqi şirkətlərindən birinin rəhbəri ilə görüşüb.
“Hadisə illər əvvəl olub. Süfrəyə oturduq. Oturandan məni təriflədi. Dedi, fotosessiya etdirək, şəkillərinin və disklərinin satışını təşkil edək, əla oxuyursan. Mən bütün gün maşınımda sənin bir mahnın var, onu dinləyirəm, o mahnı mənim həyatıma çevrilib”.
Mənə çox maraqlı gəldi ki, görəsən, o hansı mahnımı elə sevərək dinləyir. Maşına oturduq, maqnitafonu açdı. Başladı mahnını oxutmağa. Heç demə, bəh-bəhlə dinlədiyi mahnı mənim yox, Teymur Gözəlovun mahnısı imiş. Üzdən bir az bənzədiyimiz üçün iş adamı mənimlə Teymuru qarışıq salıbmış”, - o bildirib.